Helpdesk

Azərbaycanda xidmət göstərən şirkətlərin dünya səviyyəli IT dəstəyinə layiq olduğuna inanırıq.
Biz sənaye müəssisələri və ofislərdə yaranan bütün texnoloji problemləri həll edirik.

Ofislərdə komputer və ona bağlı olan cihazlarda yaranan kiçik problemlər işin axsamasına və gəlirlərin itirilməsinə səbəb olur. İşçilərin məhsuldarlığının qorunub saxlanılması, şəbəkələrdə , komputerlərdə yaranan problemlərin işçi və müştərilərə əngəl yaratmaması üçün, şirkətlərin helpdesk həllərinə daimi ehtiyacı olur. Bu gün cihazlarda yaranan xırda problemlər səbəbindən bir çox şirkətlər ciddi şəkildə inkişafdan geri qalmağa başlayır. Və bir çox hallarda kiçik problemlər əlavə əsəb və xərci də özüylə bərabər gətirir.

Biz sürətli şəkildə və hər problemi ilk dəfədən həll etmək zəmanəti veririk. Həmçinin əməkdaşlıq edəcəyimiz şirkətlərə müxtəlif təklif paketləri ilə xərclərini planlamasında yardımçı oluruq.

Təcrübəli əməkdaşlarımız ofislərdə hər növ komputer , şəbəkə avadanlığı və digər cihazlarla bağlı texniki dəstək xidməti göstərir.